“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu

“Barselona”nın sabiq futbolçusu İbrahim Afellay karyerasını başa vurub.

ZaferTv.az qol.az-a istinadən xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi açıqlamasında bildirib:

“İstədiklərimi ala bilmədim, amma vaxt çatdı. Bu anın gec-tez gələcəyini bilirdim”.

Qeyd edək ki, niderlandlı futbolçunun son klubu bir il əvvəl oynadığı PSV olub.  O, 2010-cu ildə PSV-dən “Barselona”ya transfer olunub.