“Qalatasaray” “Fənərbaxça”ya qalib gəlib liderliyə yüksəlib

Türkiyə Super Liqasında XXIV tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk gündə 4 oyun keçirilib. 

Son çempion “Başakşəhər” öz meydanında “Fatih Karagümrük”ə məğlub olub. Turun mərkəzi oyunu “Ülkər” stadionunda keçirilib. Əzəli rəqiblər “Fənərbaxça” ilə “Qalatasaray” derbidə üz-üzə gəliblər. Matçın taleyini 1 qol həll edib. “Qalatasaray” yeni transferi Mustafa Məhəmməd Abdullahın yeganə topu sayəsində qalib gələrək, xalları bərabərləşdirib və turnir cədvəlində liderliyi ələ keçirib. Bununla “sarı-lacivərdlilər”in 10 oyunluq məğlubiyyətsizlik seriyasına (9 qələbə, 1 heç-heçə) son qoyan “sarı-qırmızılılar” ardıcıl 4-cü qalibiyyətinə sevinib. Eyni zamanda “Fənər” artıq 8 matçdır ki, əzəli rəqibini üstələyə bilmir. “Kanarya” “cim-bom”a arıxıncı dəfə 4 il əvvəl – 2017-ci ildə qalib gələ bilib.

Qeyd edək ki, turun digər oyunları 7-8 fevralda keçiriləcək. Türkiyə Super LiqasıXXIV tur6 fevral“Kasımpaşa” – “Hatayspor” – 1:4Tyelin, 56 – Bupendza, 44, Aabid, 72, Abdurrahman Canlı, 84, Kamara, 90“Alanyaspor” – “Rizəspor” – 2:1Bareyro, 32 (pen.), Mustafa Pektemek, 90+5 – Talbi, 25“Başakşəhər” – “Fatih Karagümrük” – 0:1Cimmi Durmaz, 52“Fənərbaxça” – “Qalatasaray” – 0:1Mustafa Məhəmməd, 54

1 Qalatasaray23153547-1848
2 Fənərbaxça23153545-2548
3 Beşiktaş22143549-2645
4 Alanyaspor23125640-2341
5 Trabzonspor22116528-2439
6 Hatayspor23115740-2938
7 Fatih Karagümrük23107636-2937
8 Qaziantep2298535-2835
9 Antalyaspor2279622-2730
10 Yeni Malatyaspor2278729-2829
11 Göztəpə2268832-2826
12 Rizəspor2368929-3926
13 Kasımpaşa23751125-3626
14 Sivasspor22510722-2825
15 Konyaspor2166927-2724
16 Başakşəhər23661127-4124
17 Kayserispor22651116-2723
18 Ərzurum BB22561120-3521
19 Gənclərbirliyi22551220-4120
20 Ankaragücü21531325-3518
21 Dənizlispor22451321-4117