Şirvanda avtomobilin vurduğu piyadanın hər iki ayağı sınıb

Şirvanda avtomobilin vurduğu piyadanın hər iki ayağı sınıb.

ZaferTv.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında köhnə şəhər massivində qeydə alınıb. “VAZ 2107” markalı avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Alim Məmmədovu vurub. Yaralı hər iki ayağının sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.