Hindistanda ŞOK: 150-dən çox insan bu səbəbdən itkin düşdü – VİDEO – FOTO

Hindistanda buzlağın uçması nəticəsində 150 nəfər itkin düşüb. Onların həlak olması ehtimal olunur.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, hadisə ölkənin şimalında, Uttarkhand ştatında baş verib.

Baş verən uçqun Dxauliqanq çayının daşqınına səbəb olub, çayda tikilən elektrik stansiyasına zərər dəyib.

Xilasedicilər buzlaq sürüşməsi nəticəsində itkin düşənlərdən 9 nəfərin cəsədini aşkarlayıb. Onlar Tapovan bəndində tunel tikintisində iştirak edən fəhlələrdir.