Yataqxana otaqları satışa çıxarılıb? – “Qaçqınkom”dan AÇIQLAMA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) Bakıda yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqların satışa çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.


ZaferTv.az “Report”-a istinadən xəbər verir ki, Dövlət Komitəsinin mətbuat xidmətindən  bildirilib ki, Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə məlumatlar yayılıb:


“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bununla əlaqədar olaraq bildirir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanalarn dövlət komitəsinə heç bir aidiyyatı yoxdur”.