İcra başçısı Ziya Məmmədova vəzifə verdi – YENİ TƏYİNATLAR

Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.

Zafer TV unikal.org-a istinadən bildirir ki, icra başçısı Seymur Orucovun əmri ilə, Məmmədov İsa Mahmud oğlu  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı təyin edilib.

İcra başçısının digər əmri ilə, Məmmədov Ziya Məmməd oğlu Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini, əvvəllər bu vəzifədə çalışan Tağıyev Vüqar Əziz oğlu isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support