İranın gələcək TALEYİ bunlardan, bunların taleyi isə AZƏRBAYCANLILARDAN asılıdır…

Başımız qarışıb iyunun 20-də Ermənixanada keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı prosesləri izləməyə, iyunun 18-də İranda baş tutacaq prezident seçkiləri isə diqqətimizdən kənarda qalıb.

Şəkildə gördüyünüz bu şəxslər İranın növbəti prezidenti olmağa iddialı şəxslərdir. Və prezidentliyə namizəd olan bu şəxslərin demək olar ki, hamısının gözləri dikilib İranda yaşayan 40 milyondan çox azərbaycanlıya. Onların bəziləri hətta artıq Azərbaycan dilində müraciət edərək, səs istəməyə də başlayıb.

Çünki fars dövlətçiliyinə xidmət edən bu şəxslərin hər biri yaxşı başa düşür ki, kim Güney Azərbaycan türkləri arasında səslərin çoxunu qazanacaqsa, məhz o da olacaq İranın növbəti prezidenti.

Seçkilər bitdikdən sonra isə bu siyasətçilər azərbaycanlı seçicilərinə verdikləri cürbəcür şirin vədləri yenə də unudacaqlar.

Bunların sələfləri də (o cümlədən Həsən Ruhani də) ana dilində məktəblərin açılmasından tutmuş siyasi haqq və hüquqlara qədər bir çox digər vədlər versələr də, lakin heç biri reallaşmayıb.

Çünki bu namizədlərin heç biri gerçək islahatçı, yenilikçi flan deyil. Onların hamısı mühafizəkardır. Lap dəqiq desək, tipik mollalardır.

P.S.
İranda namizədlər və liderlər dəyişir, siyasət isə heç vaxt dəyişmir.

Bəybala Mirzəyev