Mollanın PREZİDENT seçilməsi erməniləri NİYƏ sevindirib?- ŞƏRH

Mollanın prezident seçilməsinə iki fərqli münasibət…

Ayətullah və baş hakim İbrahim Rəisinin İranın növbəti prezidenti seçilməsinin İsraildə narahatlıqla qarşılanması erməniləri sevindirib. Ermənistan KİV-ləri İsrail Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lior Hayatın səsləndirdiyi “Dünya birliyi İbrahim Rəisinin İranın yeni prezidenti seçilməsinə görə ciddi şəkildə narahat olmalıdır” fikrini böyük həvəslə tirajlayıblar.

L.Hayat özünün Tvitter səhifəsində bildirib ki, “Rəisi bu günə qədərki İran prezidentləri arasında ən ekstremist şəxsdir”.

O həmçinin xəbərdarlıq edib ki, İ.Rəisi İranın nüvə fəaliyyətlərini genişləndirəcək.
İsraildən fərqli olaraq ermənilər isə İ.Rəisinin prezident seçilməsini məmnunluqla qarşılayıblar. Bütün ermənilərin katolikosu, terrorçuluğa çağırış edən İkinci Qaregin isə İbrahim Rəisi prezident seçilər-seçilməz dərhal məktub göndərib onu seçkilərdə qələbə çalması münasibətilə təbrik etdi.

P.S.Yeri gəlmişkən, Ermənistan İranla nüvə sahəsində əməkdaşlıq etməyi planlaşdırır. Bu isə nəinki Cənubi Qafqaz üçün, hətta bütün dünya üçün potensial təhdiddir.

Bəybala Mirzəyev