Müharibə zamanı vurulan Rusiya helikopteri ilə bağlı – Yeni xəbər

Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı Rusiyaya məxsus Mi-24 helikopterin vurulması ilə bağlı dəlillər toplayıb və ekspertiza keçirib.

Zafer Tv Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə “RİA Novosti”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda istintaq davam edir.

Qeyd edək ki, 2020-ci ilin noyabrın 9-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub.