“Türkiyənin Ermənistana təhdidi artarsa, İran ermənilərə köməyə gələcək” – Kolerov

Rusiyanın əsas media rəhbərlərindən biri, “Reqnum” portalının baş redaktoru Modest Kolerov bir sıra açıqlamalarla çıxış edib.

Zafer Tv KONKRET.az -a istinadən  xəbər verir ki, Kolerov açıqlamasında Ermənistanın bir dövlət kimi Rusiyasız heç bir gələcəyinin olmadığını deyib: “Bu gün Rusiya hərbi bazalarının Gümrü və Erebunidən çıxarılacağı ilə bağlı versiyalar səsləndirilir. Ancaq Ermənistanın siyasi sferasında bu barədə heç müzakirələr də aparılmır. Üstəlik bu gün Ermənistan hakimiyyəti ölkədə Rusiya hərbi bazalarının artırılması ilə bağlı fəal şəkildə danışıqlar aparır. Hətta baş nazir Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya sərhəd qoşunlarının Geqarkunik və Sünik (Zəngəzur) bölgəsində yerləşdirilməsi ilə bağlı fəal danışıqlar aparır”.

Təxribatçı media rəhbəri kimi tanınan Kolerov Türkiyənin Ermənistana qarşı təhdidinin artacağı halda, İranın ermənilərin dəvəti ilə İrəvana köməyə gələcəyini deyib.  Kolerov bildirib ki, Rusiya Ermənistanın müttəfiqi olsa da, Türkiyədən gələn təhdidlərə görə, rəsmi İrəvana dəstək göstərməyəcək. Belə olan halda isə Ermənistan milyonlarla türkdilli vətəndaşın yaşadığı İranı köməyə çağırmağa məcbur olacaq. Kolerov ciddi şəkildə İranın Ermənistana görə, türkiyə və Azərbaycanla hərbi qarşıdurmaya gedəcəyinə inanır?.

Öz sərsəm açıqlamaları ilə yadda qalan ekspert “Zəngəzur dəhlizi” ilə bağlı da məntiqsiz fikirlər səsləndirib. O deyib : “Dəhliz keçmiş ərazilər deməkdir. Kommunikasiyalar isə sərhədlərə hörmətdir. Düşünürəm ki, Ermənistan heç vaxt belə bir dəhlizə razı olmayacaq”.

Təxribatçıya görə, dərin etnik düşmənçilik ermənilərlə azərbaycanlılar arasında barışığın olmasına imkan verməyəcək.