Ukrayna Donbasa daha 3 briqada göndərir

Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı birlikləri şəxsi heyətin üçdə ikisini təşkil edə bilər.

Bunu qondarma “donetsk xalq respublikası”nın nümayəndəsi Eduard Basurin bildirib.

“Prinsipcə, yəqin ki, 120 min yox, daha çox. İndi daha üç briqada qruplaşmaya doğru hərəkət edir, dördüncüsü isə hazırlanır. Nəticədə, onların sayı 150 minə qalxacaq. Bunlar Ukrayna Silahlı Qüvvələrinin üçdə iki hissəsidir və onlar cəbhənin kiçik bir sektorunda cəmləşib”.

Qondarma respublika, həmçinin bəyan etmişdi ki, Ukrayna hücuma hazırlıqla bağlı hərbi xidmətə çağırış yaşında olan vətəndaşların ölkədən çıxışını məhdudlaşdırıb.

Qeyd edək ki, Ukraynanın Donbasla sərhədə 120 minlik ordu topladığı bildirilir.