ASCO-nun gənc əməkdaşı vəfat etdi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Mərdəkan” gəmisinin kapitanın 3-cü köməkçisi Asim Həsənov vaxtsız vəfat edib.

Qurumdan verilən məlumata görə, A.Həsənov 1987-ci il aprelin 19-da Füzuli rayonunun Aybasanlı kəndində anadan olub, 2018-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Dəniz texnikası və gəmiçilik/gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi ixtisası üzrə bitirib.

O, 2014-cü ildən ASCO sıralarında çalışıb. İşlədiyi dövrdə matrosluqdan kapitanın 3-cü köməkçisi vəzifəsinədək yüksəlib.