Abşeronda korrupsiya həbsləri: idarə rəhbərliyi saxlanıldı

Yaxın dəqiqələrdə Abşeron rayonunda həbslər olub.

Musavat.com xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər.

Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar.

Əlavə məlumat verməyə çalışacağıq.