Putin səhv etdiyini anlayacaq – Conson

Böyük Britaniya Rusiyaya qarşı ilk iqtisadi sanksiyalarını bu gün elan edəcək.

Bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

O, Ukraynaya iqtisadi dəstək verməyə davam edəcəklərini və Putinin gələcəkdə səhv etdiyini anlayacağını vurğulayıb:

“Putin beynəlxalq hüququ və Ukraynanın suverenliyini pozdu. Rusiyanın Ukraynanı işğal etmək planlarını əngəlləməyə çalışmalıyıq”.