Geraşenko: Siz çeçenlər, çəyirtkə kimi öləcəksiniz!

Ukraynanın ucsuz-bucaqsız ərazisində “əlimizə düşməyən” kadırovçular! Rusiya təbliğatı əsəbi şəkildə kadırovçuların Ukraynaya gələrək hər kəsə dərs verəcəyini bildirir. Mən açıq şəkildə Ramzan Kadırova müraciət edirəm: Niyə Çeçenistanda oturursunuz? Ukraynaya, yəni bizə gəlin. Kiyevə, Xarkova və ya Mariupola hücuma rəhbərlik edin və Putinə məharətinizi və sədaqətinizi İnstaqramda deyil, döyüş meydanında göstərin.

Axar.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Çeçenistanın rəhbəri Ramzan Kadırova açıq müraciət edərkən deyib.

O qeyd edib ki, bütün insanlar əvvəl-axır öləcək:

“Amma indi Ukrayna hərbçiləri qəhrəman kimi ölür, ruslar və çeçenlər isə pis çəyirtkələr kimi öləcəklər. Yenə də deyirəm, bütün insanlar əvvəl-axır öləcək – ruslar, çeçenlər və ukraynalılar da. Ancaq ukraynalılar öz evlərini, torpaqlarını müdafiə edərək qəhrəmanlar kimi ölürlər! Siz isə – ruslar, çeçenlər və başqaları burada özgəsinin evini çirkincəsinə soymağa gələn pis çəyirtkə kimi məhv olacaqsınız. Çeçenlər və başqaları haqqındakı nağıllardan qorxmayın. Bizim güllələrimiz, “Qrad”larımız, artilleriyamız, ATGM-lərimiz bütün digər işğalçılar kimi onlara da dəyir”.

Qeyd edək ki, Ramzan Kadırov Ukrayna əsgərlərini “şeytanlara” və banderaçılara qarşı birgə mübarizəyə səsləmişdi.