Ukrayna uğurlu əməliyyat keçirdi – Britaniya

Ukrayna Kiyevdən şərq və şimal-şərq istiqamətində uğurlu, lakin məhdud əks-hücumlar keçirməyə davam edir.

Axar.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında qeyd olunub.

“Ukrayna hərbi qüvvələri Çerniqovdan cənubda yerləşən Sloboda və Lukaşevka kəndlərini azad ediblər. İndi onlar Çerniqov və Kiyev arasındakı əsas təchizat yollarında yerləşiblər”, – məlumatda qeyd olunub.