Oğuzda DƏHŞƏT – Qardaş qardaşı öldürdü

Aprelin 2-i saat 19 radələrində Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oğuz rayon prokurorluğundan erilən məlumata görə, qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinovun yaşadığı evin həyətində aralarında yaranmış mübahisə zamanı Aqil Şirinova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Namiq Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam edir.