Lider TV-nin avadanlıqlarını bu TV aldı

İctimai Televiziya və Radio Yayımlari Şirkəti (İTV) əsas vəsaitlərin,a ktivlərin və studiyanın satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Axar.az Report-a isinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi ləğv prosesində olan Lider TV və Radio Azərbaycan MMC-dir.

Qalib şirkətə 838,6 min manat ödəniləcək.

Xatırladaq ki, Bakı Kommersiya Məhkəməsinin ötən ilin may ayında qəbul etdiyi qərarla müflis elan edilmiş “Lider TV və Radio-Azərbaycan”a əmlak inzibatçısı təyin edilib. Bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur. Belə ki, bağlanmış teleradio şirkəti “Teleqüllə”yə borclu olduğundan onun əmlakını da “Teleqüllə”nin rəhbəri satır.