Çeçenlər Donetskdə darmadağın edildilər – Foto

Ukrayna ordusu Donetsk vilayətində çeçenlərdən ibarət hərbi birləşmələri məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Cənub Hərbi Dairəsinin 58-ci ordusunun 42-ci motoatıcı diviziyasının 70-ci motoatıcı alayının 1-ci alay taktiki qrupunun hərbçiləri öldürülüb. Bu bölmənin daimi dislokasiya yeri Çeçenistan Respublikasının Şali rayonunda yerləşir.

Qeyd olunub ki, alay taktiki qrupunun komandiri qərargah rəisi ilə birlikdə PDM-3-də məhv edilib.

Komandanlıq bildirib ki, məhv edilən bölmənin tərkibində Suriyada mülki insanların qətlində iştirak etmiş hərbçilər də olub.

Ukrayna hərbçiləri bölmənin darmadağın olduğu yerdən görüntülər də paylaşıb.