Ukraynalı desantlar rus motoatıcı bölməsini məhv etdi

Ukraynalı desantlar Tomsk şəhərindən olan Rusiya ordusunun motoatıcı bölməsini məhv ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qoşunlarının komandanlığı məlumat yayıb.

“Biz məhv edilmiş rus hərbçilərinin sənədlərini dərc etməyə davam edirik. Bu yaxınlarda gərgin döyüş bölgəsində Ukrayna desantları Rusiya ordusunun 21-ci Qırmızı Bayraqlı Omsk-Novobuq motoatıcı briqadasının əlahiddə qvardiyasının bölmələrindən birinin zirehli dəstəsini darmadağın ediblər”, – məlumatda deyilir.

Qeyd olunur ki, məhz bu bölmə daim beynəlxalq təlimlərdə iştirak edərək, mükafatlar qazanıb.

“Ukrayna əsgərləri ilə döyüş zamanı bir çox “azad edən” məhv edilib və hərbi maşınların alovu altında yanıb. Və mövcud sənədlərdən yalnız bir neçəsi müəyyən edilib. Birinin şəxsi əşyalarına baxış zamanı onun Orenburqdan olan, kiçik çavuş Sakkuziyev Kairat Muxanmadiyeviç olduğu müəyyən edilib. O, snayper, topçu-tank komandiri ixtisasını və Volski adına Hərbi Maddi Təminat İnstitutunda “sağ qalma” proqramı üzrə intensiv kursları bitirib”.