İran spikerinin oğlu xalqdan üzr istədi – Qalmaqal

İran parlamentinin sədri Məhəmməd Qalibafın oğlu İlyas Qalibaf bacısının və onun həyat yoldaşının hərəkətlərinə görə ictimaiyyətdən üzr istəyib.

İlyas Qalibaf tviter hesabında bacısının və yeznəsinin Türkiyə səfərinin yanlış addım olduğunu yazıb və buna görə İran ictimaiyətindən üzr istəyib.

O bildirib ki, atası Məhəmməd Qalibaf qızının və kürəkəninin Türkiyə səfərinin əleyhinə olub və buna etiraz edib. Lakin onun etirazı nəzərə alınmayıb.

“Bu səfər atamın fikrinə və siyasi ideologiyasına zidd idi”, – deyən İlyas Qalibaf ölkədə iqtisadi vəziyyətin yaxşı olmadığı bir vaxtda yaxın qohumlarının Türkiyəyə səfər etməsinin yanlış olduğunu etiraf edib.

Qeyd edək ki, Novruz bayramı tətilində Türkiyəyə gəzməyə gedən parlament sədrinin qızı və kürəkəni səfərdən qayıtdıqdan sonra sosial şəbəkələrdə şəkillər paylaşıb. Dəbdəbəli həyat tərzini əks etdirən şəkillər İran ictimaiyyətinin etirazına səbəb olub.