Ərdoğan Türkiyə hökumətini iclasa ÇAĞIRDI

Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Bu barədə TGRT telekanalı məlumat yayıb.

Verilən məlumata görə, görüşdə Ankaranın Ukraynadakı vəziyyətin nizamlanması istiqamətində səyləri, Türkiyənin İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinə qarşı hərbi əməliyyatı, ölkədə qiymət artımının qarşısının alınması və inflyasiya ilə mübarizə məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabinetinin iclası ənənəvi olaraq Ankaradakı Prezident Sarayında keçirilir və ondan sonra dövlət başçısı xalqa müraciət edir.