Rus ordusu Zaporojyeyə hücuma hazırlaşır

Rusiya ordusu çoxlu sayda texnika və canlı qüvvə toplayıb və Zaporojye istiqamətində irəliləməyə çalışır.

Bunu Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Arefyev deyib.

“Düşmən hücuma hazırlaşır. İşğalçı rus qoşunları cəbhə xəttinin Velikaya Novoselka – Novodarovka – Malinovka hissəsinə xeyli texnika və canlı qüvvə toplayıb. Düşmən Zaporojye istiqamətində irəliləməyə çalışır, lakin o qədər də müvəffəq olmayacaq. Ukrayna ordusu böyük üstünlüyə malikdir”, – Arefyev bildirib.