Türkiyə ordusu Suriyada 10 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat nəticəsində Suriya ərazisində on PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, terrorçular “Sülh çeşməsi” və “Fərat qalxanı” əməliyyatlarının keçirildiyi bölgədə zərərsizləşdiriliblər.

Onların Türkiyə ordusunun hərbiçilərinə qarşı təxribat törətdikləri bildirib.