Ukrayna Avropaya qaz tranzitini dayandırır

Ukrayna Rusiya ordusu tərəfindən ələ keçirilən “Soxranovka” stansiyası vasitəsilə Avropaya qaz tranzitini dayandırır.

Bu barədə Ukraynanın GTS qaz operatoru məlumat yayıb.

Bildirilib ki, qərar fors-major vəziyyət səbəbindən qəbul edilib. Məlumata görə, 11 may 2022-ci il saat 07:00-dan etibarən stansiyadan qaz qəbul edilməyəcək.

Luqansk vilayətində yerləşən “Soxranovka” stansiyası vasitəsilə Avropaya qaz tranzitinin demək olar ki, üçdə biri həyata keçirilir. Bu, gündə təxminən 32,6 milyon kubmetrə qədər qaz deməkdir.