Ukrayna Rusiyanın itkilərini açıqladı

İşğalçıların (rusların-red) itkiləri hər gün artır. İşğalçı ölkə canlı qüvvəsi ilə yanaşı, hərbi texnikasını da itirir. Artıq düşmənin 200 təyyarəsi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargah tərəfindən 24 fevraldan 13 mayadək olan ümumi nəticə ilə bağlı da məlumat verilib.

“Təxminən düşmənin verdiyi maddi və texniki itki bunlardır: şəxsi heyət- 26900 (+250) nəfər, 1205 (+10) ədəd tank, zirehli döyüş maşınları – 2900 (+27) ədəd, artilleriya sistemləri – 542 (+8) ədəd, MLRS-193 (+2) ədəd, hava hücumundan müdafiə sistemləri – 88 (+1), təyyarə – 200 (+1) ədəd, vertolyotlar – 162 (+1), İHA əməliyyat-taktiki səviyyə-405 (+7), qanadlı raketlər-95 (+1), gəmilər / qayıqlar – 13 (+0), avtomobil avadanlığı və tankerləri – 2042 (+23) ədəd, xüsusi texnika-41 (+0). Düşmənin ən böyük itkiləri (son sutka ərzində) Kuraxovski istiqamətində müşahidə olunub”, – məlumatda bildirilib.