“Paris meri Xankəndinə gələrsə, həbs edilməlidir”

Paris meri Ann Hidalqo Ermənistana səfərə gəlib. Qeyd edim ki, xanım Ann Hidalqo Qarabağda separatçıların müstəqilliyini tanımaq istəyir.

Onun Laçın dəhlizindən keçib Xankəndinə gələ bilər. Həhalda Yerevana gəlməsində erməni lobbisinin rolu var.

Bunu Zafertv.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun fikrincə, onun Azərbaycan əleyhinə xüsusilə iki ölkə arasında normallaşma prosesinə zərbə vuran açıqlamaları olacaq:

“Paris merinin Ermənistan səfərinə diqqət edilməli və onun Qarabağa girişinin qarşısı rəsmi Bakı tərəfindən alınmalıdır. Bu ermənilərin növbəti provakasiyasıdır və qarşısı alınmasa növbəti səfərlər təşkil edəcəklər. Xanım merin Xankəndinə gəlib, Azərbaycan əleyhinə mövqelər ortaya qoyması bizim üçün qəbuledilməzdir.

Paris meri Xankəndinə gələrsə, Laçın dəhlizində Azərbaycan təhlükəsizlik orqanları onu həbs etməlidir.
Ümumiyyətlə, yeni Laçın yolu istifadəyə veriləndən sonra ermənilərin bu oyunlarına da son veriləcək. Təbii ki, həmin yeni yolda Azərbaycanın sərhəd postu olduqdan sonra”.