Rusiyanın Ukraynada itkiləri artır

Ukrayna müharibənin 212-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Ukrayna Baş Qərargahının yaydığı məlumatda deyilir ki, Rusiya indiyə qədər 56 060 hərbçi, 2 254 ədəd tank, 4 796 ədəd zirehli döyüş maşını, 1 355 ədəd artilleriya sistemi, 326 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 170 hava hücumundan müdafiə sistemi, 254 ədəd hərbi təyyarə, 219 ədəd helikopter, 3 659 ədəd avtomobil texnikası, 950 ədəd PUA, 240 qanadlı raket, 15 gəmi/qayıq, 126 xüsusi avadanlıq itirib.