Paşinyan: Rusiyanın təhdidlərindən qorxmuram

Ermənistanın Baş naziri Nikol Paşinyan bəzi dairələrə bildirib ki, oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüşdə, hətta ölkədə hakimiyyət dəyişikliyi təhlükəsi olsa belə, sülh müqaviləsinin Rusiya variantını imzalamayacaq.

Bu barədə “Hraparak” məlumat yayıb.

“Paşinyan onu da deyib ki, xalq hakimiyyətin tərəfindədir və o, Rusiyanın təhdidlərindən qorxmur. O bildirib ki, Azərbaycan Prezidenti Əliyev də Qərb variantının əleyhinə olduğundan saziş yaxın vaxtlarda imzalanmayacaq”, – məlumatda deyilir.