Azərbaycanda qardaş qardaşı bıçaqladı

Şəmkirin Kür qəsəbəsində 44 yaşlı kişi bıçaqlanıb.

Rayon sakini, 1978-ci il təvəllüdlü Anar Babayev mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Şəmkir rayon Polis Şöbəsinə rayonun Kür qəsəbə sakini Anar Babayevin daxilə keçməyən bıçaq xəsarəti alması barədə məlumat daxil olub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qardaşı 1982-ci il təvəllüdlü Yaşar Babayev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir