Kiyevdə komendant saatının vaxtı azaldılır

Kiyevdə komendant saatlarının vaxtı qısaldılır.

Axar.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Dairəsindən məlumat verilib.

Məlumata görə, yeni qərar martın 26-dan qüvvəyə minəcək.

Yeni qərara əsasən, paytaxt Kiyevdə komendant saatı hər gün 00:00-dan başlayacaq və 05:00-a kimi davam edəcək.