Abşeronda 29 yaşlı gənc intihar edib

Abşeron rayonunda 29 yaşlı gənc intihar edib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərindəki “Abşeron” gənclər şəhərciyində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Emil Elşad oğlu Həsənov yaşadığı evdə özünü asaraq həyatına son verib.

Faktla bağlı araşdırma aparılır.