“Müharibəni uduzsaq, Putin məhv olacaq”

Rusiya lideri Vladimir Putinin müəllimi və məsləhətçisi kimi tanınan professor Aleksandr Duqin Ukraynadakı müharibə ilə bağlı sensasion açıqlamalar verib.

Zafertv.az modern.az-a istinadən xəbər verir ki, professorun sözlərinə görə, Ukrayna ordusu müqaviməti ilə rusları dayandırıb, bu səbəbdən Putinin işləri yaxşı getmir. 

 O diqqətə çatdırıb ki, Rusiyanın qalib gəlməkdən başqa seçimi yoxdur, əks halda məhv olacaqlar.

“Rusiya müharibədə qalib gəlməli idi. Əks halda Rusiya xəritədən silinə bilər. Lazım gələrsə, Rusiya ordusu nüvə silahından istifadə edə bilər. Bu hərbi əməliyyat bizim üçün varlıq və yoxluq məsələsidir. Ya var olacağıq, ya da məhv olacağıq. Hazırda hər şey öz axarı ilə gedir. Məğlubiyyət ehtimalını düşünmürük. Çünki bu baş verə bilməz. Əksi olarsa, nə Putin, nə Rusiya, nə də bildiyim dünya olacaq. Biz əlimizdən gələni edirik, risk almışıq. Ona görə də nüvə hücumu ilə üzləşsək və ya NATO tərəfindən müharibəyə müdaxilə görsək, cənab Putinin nüvə variantı ilə bağlı dediklərinə qulaq asmaq lazımdır. Son nəfəsimizə qədər davam edəcəyik. Qərar artıq verilib və qalib gəlməkdən başqa seçimimiz yoxdur”, – Putinin müəllimi bildirib.