Markov: İrəvanın sülhməramlılarla bağlı cirkin planı

Ermənistan Ukrayna ətrafında yaranmış vəziyyətdən istifadə edərək Qarabağda vəziyyəti gərginləşdirməyə çalışır.

Axar.az xəbər verir ki, bu fikirləri Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov bölüşüb.

“Ukraynadakı münaqişə bəzi qüvvələr tərəfindən Qarabağa ötürülür. İrəvanın əsas niyyəti Azərbaycan əsgərləri ilə sülhməramlılar arasında münaqişə yaratmaqdır. Rusiya rəhbərliyi üçtərəfli bəyanatların bəndlərinin yerinə yetirilməsi zərurəti ilə bağlı Ermənistana təzyiq göstərməyə çalışsa da, bunu enerjisiz edir. İndi isə xüsusi əməliyyat fonunda Rusiya rəhbərliyinin Ermənistan rəhbərliyinə təzyiq göstərməyə ümumiyyətlə vaxtı yoxdur. Nəticədə Ermənistan Rusiya və Azərbaycanı qarşı-qarşıya qoymaq üçün Qarabağ separatçılarından istifadə etməyə başlayıb. Təbii ki, əsas məqsəd Rusiya ilə Türkiyə arasında münaqişənin qızışdırılmasıdır”, – rusiyalı politoloq qeyd edib.