Britaniya: Putin Ukrayna savaşını uduzdu

Vladimir Putin Ukraynanı ələ keçirməyə çalışarkən fəlakətli səhvlərə yol verib.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Qərargah rəisi admiral Toni Radakin deyib.

Radakin bildirib ki, Putin Rusiya ordusunun hərbi gücü ilə bağlı aldadılıb:

“Putin heç də uzaqgörən deyil, baxmayaraq ki, bizim buna inanmağımızı istəyir. O, bir sıra fəlakətli səhvləri ilə özünə zərər verib”.

Admiralın sözlərinə görə, Britaniya Rusiyanın qoşunlarını Kiyevdən çıxarmaq iddialarına çox ehtiyatlı yanaşır:

“Kremlin səylərini Ukraynanın şərqinə və cənubuna yönəltməyə hazırlaşdığına dair əlamətlər var. Amma bir çox cəhətdən Putin artıq uduzub”.