Bu görüntü 6 həftəlik uşağın sonu oldu

Rumıniyada vəftiz mərasimi zamanı keşişin suya saldığı 6 həftəlik uşaq ağciyərinə su yığıldığı üçün həyatını itirib. 

ZaferTv.az Moderator.az-a istinadən xəbər verir ki, rahib mərasimdən əvvəl və sonra uşağın ağladığını və bunun da həyatı göstəricilərinin yaxşı olduğunu göstərdiyini söyləyib. Ancaq uşağın ailəsi körpənin sudan çıxarıldıqdan sonra nəfəs almadığını və burnunun qanadığını bildirib. Qeyd edək ki, Pravoslav Kilsəsində baş verən hadisədən sonra keşiş haqqında cinayət işi açılıb.