Norveç Ukraynaya zenit kompleksləri göndərir

Norveç hökuməti Ukraynaya 100 ədəd “Mistral” zenit-raket kompleksinin göndərilməsilə bağlı qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukraynadakı münaqişə uzana bilər. Ölkə rus təcavüzünə qarşı müqavimət göstərmək üçün beynəlxalq dəstəkdən asılıdır. Buna görə də hökumət “Mistral” raketlərinin Ukraynaya verilməsilə bağlı qərar qəbul etdi”, – məlumatda bildirilib.