Şirvanda avtomobil azyaşlını vurub

Şirvan rayonunda azyaşlını avtomobil vurub.

ZaferTv.az xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobil yola qəfildən çıxan təxminən 12 yaşlı uşağı vurub. Ağır xəsarətlər alan azyaşlını sürücü özü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.