“DSX-də koronavirusa yoluxma sayı az olub” – İdarə rəisi

Dövlət Sərhəd Xidmətində (DSX) koronavirusa yoluxaların sayı az olub.

Zafer Tv Trend-ə istinadən bildirir ki, bunu DSX-nin Tibb idarəsinin rəisi, professor doktor Kənan Yusifzadə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, DSX-də koronavirusla bağlı qaydalara ciddi riayət olunduğu üçün yoluxanların sayı az olub: “Yoluxan sərhədçilər müvafiq xəstəxanalarda müalicə olunub və sağalıblar. Hazırda 6 nəfər DSX əməkdaşı koronavirus daşıyıcısıdır və onlar müvafiq olaraq müalicə olunurlar”.