Şəhidin atası vəfat etdi – FOTO

Lənkəran rayonu Gəgiran kəndindən olan şəhid Qalib Nuruzadənin atası Habil Nuriyev dünyasını dəyişib.

ZaferTv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, H.Nuriyev bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, bir neçə gün əvvəl şəhidin atası yutub kanalında verilişdə çıxış edib. O, şəhid oğlunu çətinliklərlə daxmada böyütdüyünü bildirmişdi.

Bildirək ki, H.Nuriyevin vəfat etdiyini kəndin icra nümayəndəsi Şamil Mirzəyev də “Qafqazinfo” ya təsdiqləyib.

Xatırladaq ki, Q.Nuruzadə Vətən Müharibəsində şəhid olub.