Cavanşir Məmmədov efirə 114 min avroluq saatla çıxdı – FOTO

Əməkdar artist Cavanşir Məmmədov aksessuarlarının qiymətini açıqlayıb.

ZaferTv.az axşam.az-a istinadən bildirir ki, müğənni “Həmin Zaur” proqramında qonaq olan ifaçıdan aparıcı böyük qızıl üzüyü və saatını soruşub.

C.Məmmədov üzüyünün dəyərini gizli saxlasa da, saatının ona hədiyyə edildiyini söyləyib. İfaçı bildirib ki, həmin saatın Avropa ölkələrində qiyməti 114 min avrodur (232 min manat).

Daha sonra C.Məmmədov bu saatın satışdakı qiymətinin 20-30 min manat olduğunu bildirib.