Çində koronavirusla bağlı son vəziyyət

Çində son sutka ərzində 30 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. 

ZaferTv.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 649-a yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 83 602 xəstə sağalıb.

Ölkədə 1 411 aktiv koronavirus xəstəsi var ki, onlardan da 49-nun vəziyyəti ağır qiymətləndirilir.