Cazibədar tennis ulduzu: “Risk etmək istəmədim” – FOTO

Kanadalı tennisçi Byanka Andresku Avstraliya açıq çempionatına iştirak edəcək.

ZaferTv.az apasport.az-a istinadla bildirir ki, bunu 20 yaşlı idmançının özü açıqlayıb.

Melburndakı turnirdə iştirakdan imtina edən dünya tennisinin yeni seks ulduzu bu addımın Avstraliya açıq çempionatına təsiri olmadığını bildirib: “Melburndakı turnirdən ona görə çıxdım ki, iki həftə məşq etməmişdim. Vacib turnir öncəsi belə risk etmək istəmədim. İndi hər şey qaydasındadır, mən sağlamam və oynamağa hazıram”.

Qeyd edək ki, 2019-cu ildə ABŞ açıq çempionatının qalibi olan Byanka Avstraliyada sərt karantinə alınıb. Buna səbəb onun koronavirusa yoluxan şəxsin olduğu təyyarə ilə uçması idi.