11 yaşlı azərbaycanlı qız üçün nişan mərasimi keçirildi – VİDEO

Gürcüstanın Poniçala (Soğanlıq) adlanan ərazisində yaşayan azərbaycanlı ailənin azyaşlı övladına etdiyi nişan mərasimi ilə bağlı yeni məlumatlar var.

ZaferTv.az Lent.az-a istinadən xəbər verir ki, 11 yaşlı qızı öz dayısı oğlu ilə nişanlayıblar.

***

Gürcüstanda 11 yaşlı qız üçün nişan mərasimi keçirilib.

ZaferTv.az Lent.az-a istinadən xəbər verir ki, Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində bir ailə öz övladına nişan mərasimi təşkil edib. Sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olan videonun 1 həftə öncə çəkildiyi bildirilir. Nişan mərasimində 11 yaşlı qızın ailəsi və qohumları da iştirak edib.

Məsələ ilə bağlı Xalq Müdafiəçisinin (Ombudsman Aparatı) Kvemo-Kartlidə gender məsələləri üzrə mütəxəssisi Mari Gvidianiyə də məlumat verilib.