Gürcüstan XİN başçısı Türkiyədə səfərdədir

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Türkiyədə səfərdədir.

Zafer TV APA-ya istinadən bildirir ki, bu barədə XİN başçısı “Twitter” hesabında qeyd edib.

Nazir səfər çərçivəsində keçiriləcək görüşlərin Türkiyə və Gürcüstan arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi və inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

D.Zalkaliani Türkiyənin Gürcüstanın strateji tərəfdaşı və sadiq dəstəkçisi olduğunu vurğulayıb.