Ermənilərdən ruslara təxribatçı təklif – Oradakı azərbaycanlıları əsir götürün…

Laçın rayonu ərazisində Qara göl yaxınlığındakı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qalmaqal Ermənistan rəhbərliyi və mediası tərəfindən şişirdilməkdə davam edir. Mübahisə yerinə gələn Rusiya hərbçiləri məsələni sülh yolu ilə həll etməyə çalışırlar. Erməni tərəf bizə ultimatum verib ki, “çıxmasanız güc tətbiq edəcəyik”.

 

Zafer Tv “Sputnik Armenia”ya istinadən bildirir ki, Bakıda saxlanılan diversant və təxribaçıların yaxınları Rusiya hərbçilərinə müraciət ediblər.

Müraciətdə deyilir ki, Rusiya hərbçiləri Azərbaycan sərhədçilərini tutub saxlasınlar və sonra onları Bakıda saxlanılan ermənilərlə dəyişsinlər.

Ermənilərin təfəkkür xəstəliyi məlum məsələdir, amma Rusiyanı o qədər yaxın bilirlər ki, hətta onların qarşısında azərbaycanlıları əsir götürmək kimi absurd tələb də qoyurlar. İkinci absurd hərəkət isə bu cür təxribatçı təklifi mətbuatda işıqlandırmaqdır. Görünür, ermənipərəst ruslar bununla həm də nəbz yoxlamasını sınaqdan keçirirlər…

(moderator.az)

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support