“Dmanisidəki mübahisə etnik qarşıdurma kimi təqdim olunmamalıdır”-

“Dmanisidə çox təəssüfedici hadisə baş verib, lakin önəmlisi odur ki, mübahisə etnik qarşıdurma kimi təqdim olunmamalıdır”.

Zafer Tv report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.

O, faktla bağlı Daxili İşlər Nazirliyinin istintaq apardığını qeyd edib: “Dmanisidə baş verənləri etnik zəmində qarşıdurma kimi təqdim etmək tamamilə yolverilməzdir”.