ƏRDOĞANDAN SENSASİYA: “Müsəlman ordusu” qurulur – TÜRKİYƏ, PAKİSTAN, QƏTƏR…

Türkiyə İsrailin Fələstinə hücumlarının qarşısını almaq üçün plan hazırlayıb. 

Zafer Tv Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu Türkiyənin İslam Əməkdaşlıq Təşkilatında gündəmə gətirdiyi “müdafiə qüvvələri” planıdır. Plana görə, Türkiyə, İran, Qətər, Malaziya və Pakistan kimi müsəlman ölkələri koalisiya qüvvələri yaradacaq. Koalisiya qüvvələri isə həm fələstinliləri həm də bölgədəki müqəddəs məkanları qoruya bilər. Mütəxəssislər hesab edir ki, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və təklifi ilə hazırlanan plan ən etibarlı addım ola bilər.

Bildirilir ki, “İslam koalisiyası” İsrailin təhdidi altında olan İordaniya və Livana da hərbi qüvvə yerləşdirə, BMT-dən sərbəst qərarlar qəbul edə bilər. Bəzi dairələr koalisiyanın qurulması üçün müsəlman ölkələrinin bəyanat yaymasının yetərli olacağını iddia edir. Hüquqçular isə hesab edir ki, “müsəlman koalisiyası”nın qurulması üçün BMT Təhlükəsizlik Şurasının qərarı vacibdir.