Bizdə kimin neçə səs toplayacağını Bakı bilir – Nikol

Azərbaycan hakimiyyəti Ermənistan vətəndaşlarının hissləri üzərindən oynayaraq qarşıdakı seçkilərin nəticələrinə təsir göstərmək istəyir.

Zafer Tv Modern.az-a istinadla xəbər verir ki, bu barədə Paşinyan Mülki Müqavilə Partiyasının nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, Bakı rəhbərliyinin masasında “kağız parçası” var, üzərində Ermənistanda hansı qüvvənin neçə səs toplamalı olduğu yazılıb.

Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək.