Jurnalistlər Kəlbəcərdə necə minaya düşüblər? – FACİƏNİN TƏFSİLATI

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Zafer Tv-nin məlumatına görə, hadisə Kəlbəcərin Susuzluq kəndində baş verib. Sözügedən kənddə çəkiliş aparmaq üçün əraziyə gedən jurnalistləri daşıyan avtobus minaya düşüb. Nəticədə AzTV-nin teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov həyatlarını itiriblər.

Hadisə zamanı Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini yaralanıblar.